İtaliyada yanacağın qiyməti rekord həddə çatıb
İtaliyada avtomobil benzininin bir litrinin qiyməti həftə ərzində 2 avronu keçərək rekord həddə çatıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, COVID-19 pandemiyası ilə bağlı qaydaların yumşaldılmasından sonra artan tələbat, eləcə də Ukrayna ilə Rusiya arasında yaranan gərginlik fonunda dünya bazarında neftin qiymətinin artması Avropada ən bahalı yanacaqdan istifadə edən ölkələrdən biri olan İtaliyada qiymətlərin bahalaşmasına səbəb olub.
Ölkədə yanacağın qiymətinin sürətli artımı həftə ərzində davam edib.
Roma və Milan şəhərlərindəki bəzi yanacaqdoldurma məntəqələrində benzinin bir litrinin qiyməti 2 avronu keçib. Bu, 2014-cü ildən bəri rekord göstəricidir. Şəhərlərarası yollardakı yanacaqdoldurma məntəqələrində isə benzinin bir litrinin qiyməti 2,2 avroya çatıb. Dizel yanacağının bir litrinin qiyməti isə 1,6-2,1 avro arasında dəyişir.
2021-ci ildə İtaliyada yanacağın qiymətlərində orta hesabla 15 faiz artım olub.
İtaliya hökuməti isə yanacağın qiymətləri ilə yanaşı, artan elektrik enerjisi xərcləri üçün də həll yolları axtarır. Hökumətin artan enerji qiymətləri fonunda şirkətlər və ailələr üçün ən azı 5-7 milyard avroluq dəstək paketi hazırladığı bildirilir.
Oxşar xəbərlər
Ukraynalı jurnalist Azərbaycanın işğaldan azad olunan ərazilərindən geniş reportaj hazırlayıb - FOTO
Azadlıq Radiosunun Ukrayna xidmətinin saytında Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı geniş məqalə dərc edilib. BAKU.WS "AZƏRTAC"a istinadən xəbə...