Avropada təbii qazın qiyməti 2 000 dolları ötüb
26
iyl
2022
15:59
Avropada qazın qiyməti mart ayından bəri ilk dəfə olaraq 1 000 kubmetr üçün 2 000 dollardan yuxarı qalxıb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin mart ayının əvvəlindən sonra ilk dəfədir, müşahidə olunur.
Qeyd olunur ki, qazın qiyməti “Qazprom”un “Şimal axını” ilə nəqlin azaldılması ilə bağlı bəyanatı fonunda yüksəlir.
Həmçinin Avropada qaz Rusiyadan tədarüklə bağlı narahatlıqlar səbəbindən geosiyasi gərginlik fonunda bahalaşıb.
Bundan əlavə, region ölkələri yayda yeraltı qaz anbarlarına vurulan bütün həcmləri artıq istifadə edib.
Oxşar xəbərlər
Avstriyanın Rusiyadan qaz idxalı 70 faiz azalıb
Avstriyanın “OMV” neft-qaz şirkəti Rusiyadan sifariş edilən təbii qazın yalnız üçdəbirinin nəql edildiyini açıqlayıb. BAKU.WS xəbər verir ki, şirkətin məlumatın...