Avstriyanın Rusiyadan qaz idxalı 70 faiz azalıb
Avstriyanın “OMV” neft-qaz şirkəti Rusiyadan sifariş edilən təbii qazın yalnız üçdəbirinin nəql edildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, şirkətin məlumatına görə, Rusiyanın ”Qazprom” şirkəti Avstriyaya nominasiya edilmiş qaz həcmini 70 faiz azaldıb.
Qeyd edilib ki, iyun ayından indiyədək Rusiyadan qaz tədarükü 50 faiz azalıb və “Nord Stream 1“ qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar nəql edilən təbii qazın həcmi daha da azaldılıb.
Hazırda Avstriyanın anbarlarında mümkün həcmin 48,3 faizi qədər təbii qaz yığılıb. Bu isə qarşıdakı qış mövsümünü nəzərə aldıqda qeyri-qənaətbəxş vəziyyətdir.
“Nord Stream 1“ kəmərində işlər başa çatdıqdan sonra Avropaya təbii qazın axını da sual altındadır və məsələ tərəflər arasında siyasi çəkişmə mövzusuna çevrilməkdədir.
Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek yaranmış böhranla əlaqədar Avstriyaya səfər edib. Səfərin əsas məqsədi Rusiya qazından ciddi şəkildə asılı olan hər iki ölkənin həm ikitərəfli, həm də Avropa müstəvisində vəziyyətdən çıxış üçün əməkdaşlıq imkanlarını gücləndirməkdir.
Oxşar xəbərlər
Almaniya kanslerinin məvacibi bəlli oldu
Almaniya kansleri Olaf Şoltsun aylıq maaşı artıb. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, o, ölkə tarixidə ən yüksək məvacib alan kansler olmaqla ayda 30 mi...