Almaniya kanslerinin məvacibi bəlli oldu

Almaniya kanslerinin məvacibi bəlli oldu
Siyasət 196

Almaniya kansleri Olaf Şoltsun aylıq maaşı artıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, o, ölkə tarixidə ən yüksək məvacib alan kansler olmaqla ayda 30 min avrodan çox maaş alacaq.

Yerli mətbuatın məlumatına görə, cümə günündən etibarən Bundestaq deputatlarının maaşlarının artırılmasından sonra kanslerin məvacibi də avtomatik şəkildə artaraq 30 100 avro təşkil edəcək.

Həmçinin, parlamentdə yerə malik Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek, xarici işlər naziri Annalena Berbok və maliyyə naziri Kristian Lindner ayda 25 500 avrodan çox, Bundestaqın işində iştirak etməyən müdafiə naziri Kristine Lambrext isə 20 400 avrodan çox məvacib alacaq.

Qeyd edək ki, hazırkı Almaniya hökumətində 26 mindən çox olmaqla rekord sayda işçi tarixdə ən yüksək əməkhaqları ilə çalışır.

Son xəbərlər