Ukrayna və Rusiya işçi qruplar yaradıblar
Ukrayna və Rusiya bu gün - martın 12-də müharibəyə son qoymaq üçün danışıqların növbəti raundunu keçirib. Nümayəndə heyətləri xüsusi işçi alt qrupların yaradılması barədə razılığa gəliblər.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “RBK-Ukraina” Ukraynanın danışıqlar nümayəndə heyətində təmsil olunan Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyaka istinadən xəbər verir.
"Rusiya nümayəndə heyəti ilə danışıqlar videoformatda fasiləsiz davam edir. Xüsusi işçi alt qruplar yaradılıb. Ukraynanın mövqeləri əvvəlki ən sərt direktivlərlə müəyyən edilib", - Podolyak deyib.
Ukrayna nümayəndə heyətinin nümayəndəsi yaradılan işçi alt qrupların hansı məsələlərlə məşğul olacağı barədə məlumat verməyib.
Xatırladaq ki, bu gün Rusiya tərəfi Ukrayna ilə videokonfrans formatında danışıqların aparıldığını elan edib. Lakin Kreml detalları açıqlamayıb.
Oxşar xəbərlər
Ukrayna-Rusiya danışıqları başa çatdı - YENİLƏNİB
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində keçirilən danışıqlar başa çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, danışıql...