Ukrayna-Rusiya danışıqlarının növbəti mərhələsi ilə bağlı detallar bəlli oldu
Ukrayna ilə Rusiya arasındakı danışıqların başa çatan birinci mərhələsində növbəti görüşün keçirilməsinə dair tərəflər arasında razılıq əldə olunub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. Onun sözlərinə görə, tərəflər “müəyyən irəliləyiş əlamətləri olduğu başlıca mövzular təyin ediblər”. Danışıq iştirakçılarının nəticələri müzakirə etmək üçün öz paytaxtlarına qayıtdığı qeyd olunub.
Danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski TASS-a bildirib ki, razılaşmaya əsasən növbəti görüş yaxın günlərdə Polşa – Belarus sərhədində keçiriləcək.
“Ukrayna tərəfilə 5 saatadək davam edən danışıqlar indicə başa çatdı. Bu müddət ərzində gündəliyin bütün maddələrinə toxunduq, ümumi mövqe əldə etməyin mümkün göründüyü bəzi nöqtələri müəyyənləşdirdik. Ən başlıcası da danışıqlar prosesini davam etdirmək üçün razılığa gəldik” – deyə rusiyalı diplomat qeyd edib.
Oxşar xəbərlər
Ukraynanın danışıqlarda İLKİN ŞƏRTİ bu olub - VİDEO - YENİLƏNİB-4
Ukrayna nümayəndə heyəti Rusiya qoşunlarının bütün Ukraynadan, o cümlədən Krımdan və Donbassdan çıxarılmasını tələb edir. BAKU.WS xəbər verir ki, bunu Ukrayna p...