Ukrayna və Rusiya arasında növbəti görüş bu tarixdə keçirilə bilər
Ukrayna və Rusiya arasında danışıqların ikinci raundu sabah baş tuta bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "İnsayder" agentliyi məlumat yayıb.
Dünən Belarusun vasitəçiliyi ilə Qomeldə start götürən danışıqlar 5 saatdan çox davam etmişdi.
Ukraynanın nümayəndə heyətinə bu şəxslər daxil idi: “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radanın deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski.
Rusiyanın heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edirdi.
Oxşar xəbərlər
Ukrayna-Rusiya danışıqlarının növbəti mərhələsi ilə bağlı detallar bəlli oldu
Ukrayna ilə Rusiya arasındakı danışıqların başa çatan birinci mərhələsində növbəti görüşün keçirilməsinə dair tərəflər arasında razılıq əldə olunub. BAKU.WS “Re...