Ukrayna-Rusiya danışıqları başa çatdı - YENİLƏNİB
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində keçirilən danışıqlar başa çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib: ona Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir, heyətə xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski daxildir.
Ukrayna tərəfdən danışıqlarda Prezident Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radada hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və digər ukraynalı siyasətçilər iştirak edir.
***
19.13
Rusiya ilə Ukrayna arasında planlaşdırılan müzakirələr başlayıb.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, danışıqlar Belarusla sərhəddə Brestdə başlayıb.
Qeyd edək ki, bu, iki ölkə nümayəndə heyətləri arasında keçirilən üçüncü görüşdür.
Oxşar xəbərlər
Rusiya və Ukrayna arasında danışıqların vaxtı və yeri MƏLUM OLDU
Rusiya və Ukrayna arasında danışıqların 2-ci raundu yerli vaxtla təxminən saat 15:00-da Belarusun Brest vilayətində baş tutacaq. BAKU.WS xəbər verir ki, bu barə...