Ukrayna "Eurovision 2022"də iştirak edəcək? - AÇIQLAMA

Ukrayna Eurovision 2022də iştirak edəcək? - AÇIQLAMA
Siyasət 83

Rusiyanın Ukraynada başlatdığı müharibəyə baxmayaraq, Kiyev "Eurovision 2022"də iştirak etməyə qərar verib.

BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə müsabiqənin Ukraynadakı feysbuk səhifəsində məlumat verilib.

"Güclü və inanılmaz dövlətimiz hələ də "Eurovision 2022"də iştirak edəcək!" - mesajda deyilir.

Döyüşlərə baxmayaraq, Kaluş Orkestri öz ifasını təhlükəsiz yerdə lentə alacaq və mahnı müsabiqəsinin təşkilatçılarına göndəriləcək.

"İşğalçılar üzərində qələbə qazanacağımız təqdirdə, nümayəndə heyətimiz may ayına qədər İtaliyaya gedəcək və bütün Avropada canlı mahnı oxuyacaq!" - məlumatda deyilir.

Xatırladaq ki, Ukraynanı beynəlxalq mahnı müsabiqəsində Kaluş Orkestri təşkilatçılar "Stefaniya" mahnısı ilə təmsil edəcək.

Son xəbərlər