Türkmənistanda kişilərə qadağa: Saça qara rəng boya qoymaq olmaz
Türkmənistanın şərqindəki Lebap əyalətində dövlət idarələrinin 40 yaşdan yuxarı kişi əməkdaşlarına saçlarını qara rəngə boyamaq qadağan edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun Türkmənistan bürosu məlumat yayıb.
Saçlara boya qoymaqla bağlı qadağa məktəb, xəstəxana və digər büdcə müəssisələrinin işçilərinə fevralın 1-dən etibarən qoyulub.
Eyni zamanda saçları ağarmayanlar saçlarını açıq rənglə boyayaraq ağarmış saç görüntüsü yaratmalıdırlar.
İdarə rəhbərləri yeni tələbi saçlarını boyamağı dayandıran prezident Qurbanqulu Berdimuhamedovun imicini dəyişdirməsi ilə izah ediblər.
Oxşar xəbərlər
Türkiyədə “Vikipediya” yenidən açıldı
Türkiyədə “Vikipediya” internet ensiklopediyası qoyulan qadağa qaldırılıb. BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, Ankara 1-ci Sülh Cəza Məhkəməsinin qərarı...