Daha bir ölkədə birdəfəlik plastik qabların istifadəsi qadağan edildi
05
yan
2020
00:01
İsveçrənin Cenevrə şəhərində birdəfəlik plastik qablardan istifadəyə cərimə tətbiq olunub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 2020-ci ilin 1 yanvar tarixindən sellofan paketlərin, plastik stəkan, boşqab və digər birdəfəlik plastik mətbəx avadanlıqlarının istifadəsinə qadağa qoyulub.
Eyni zamanda, hökumət rəsmiləri supermarketlərdə alıcılara təqdim olunan pulsuz sellofan torbaların da istifadəsinə qadağa qoyub. Qadağanı pozan şəxslər 100 frank (170 manat) dəyərində cərimə olunacaqlar.
Cenevrədə bütün növ plastik əşyaların dövriyyədən çıxarılmasına 2018-ci ildən başlanılıb.
Oxşar xəbərlər
İranda dövlət rəsmilərinin ölkədən çıxışına qadağa qoyuldu
İranda dövlət şirkətləri rəsmilərinin qeyri-zəruri səfərləri qadağan olunub. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bununla bağlı İranın vitse-prezidenti İsh...