Türkmənistan prezidentinin adına xeyriyyə fondu yaradılıb
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov himayəyə ehtiyacı olan uşaqlara yardım göstərilməsi üçün xeyriyyə fondunun yaradılması haqqında qərar imzalayıb.
BAKU.WS "Azərtac"a istinadən xəbər verir ki, Türkmənistan parlamentinin qərarına əsasən, xeyriyyə fondu "Qurbanqulu Berdiməhəmmədov adına himayəyə ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə fondu" adlandırılacaq.
Ölkə başçısı öz qazancından bu xeyriyyə fonduna ilk olaraq ödəniş etmək niyyətində olduğunu bildirib. Türkmən liderinin sözlərinə görə, bu cür uşaqlara kömək etmək istəyən həmvətənlər də öz qazanclarından vəsait köçürə bilərlər.Qeyd edilib ki, fond xarici vətəndaşlar üçün də açıq olacaq. Bu vəsait uşaqlara pullu tibbi və təhsil xidmətlərinin göstərilməsinə, digər ehtiyaclara yönəldilə bilər.
Oxşar xəbərlər
Türkmənistan prezidenti nəvəsi ilə birgə mahnı bəstələdi - VİDEO
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov nəvəsi Kərim Berdiməhəmmədov ilə birgə yeni mahnı yazıb. BAKU.WS xəbər verir ki, "Mənim ağ şəhərim - Aşğabad"...