Türkiyənin vitse-prezidenti Ərdoğanın müşaviri ilə evləndi
Türkiyənin vitse-prezidenti Fuat Oktay Prezident Administrasiyasının Mədəniyyət və İncəsənət Siyasəti İdarəsinin üzvü və prezidentin müşaviri Hümeyra Şahin ilə ailə qurub.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, cütlüyün nikahına Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan şahidlik edib.
İstanbulda keçirilən toy mərasiminə cütlüyün yaxınları da qatılıb.
Fuat Oktay və Hümeyra Şahin 2 həftə əvvəl nişanlanıblar. Cütlüyün üzüklərini Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan taxıb.
Qeyd edək ki, 58 yaşlı Fuat Oktay ilk həyat yoldaşından 2011-ci ildə boşanıb. Onun bu evlilikdən 3 övladı var.
Oxşar xəbərlər
Türkiyə-İsrail: Ərdoğanla Hersoqun verdiyi mesajlar, Azərbaycanın qazancı – TƏHLİL
Martın 9-da İsrail Prezidenti İshaq Hersoq Ankaraya səfərə gələrək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş keçirdi. Hersoqun səfəri iki ölkə arasında 10...