Ərdoğanın səhhəti ilə bağlı son VƏZİYYƏT
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın koronavirus testləri neqativ çıxıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, söhbət qardaş ölkə liderinin son 2 gün ərzində verdiyi testlərdən gedir.
"Prezident Ərdoğanın son iki gündür verdiyi PCR testləri neqativ çıxıb. Mən çox qısa zamanda, hətta sabah cənab prezidentimizin rutin proqramına qayıdacağını düşünürəm", - deyə Türkiyə liderinin baş müşaviri, prezidentin Səhiyyə və Qida Siyasəti Şurasının sədr müavini Serkan Topaloğlu vurğulayıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan "omikron" ştamına yoluxublar.
Oxşar xəbərlər
Ərdoğan səhhəti ilə bağlı açıqlama verib
Koronavirus testi müsbət çıxan Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan özünün və xanımı Əminə Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib. BAKU.WS "Report"a istin...