Türkiyədəki meşə yanğınlarının səbəbkarları məlum oldu
01
avq
2021
22:00
Türkiyədə terrorçu təşkilat kimi tanınan “Atəşin uşaqları” ölkə meşələrində baş verən yanğınlara görə məsuliyyəti öz üzərinə götürüb.
BAKU.WS "oxu.az"-a istinadən xəbər verir ki, bu barədə “Yeni şəfəq” qəzeti məlumat yayıb.
Məlumata görə, müvafiq bəyanat PKK terror təşkilatının sosial media hesablarında yer alıb.
Bəyanatda bildirilib ki, təşkilat üzvlərini bu addımları atmağa ölkə hökumətinin “başqa dildən anlamaması” vadar edib.
Türkiyə rəsmiləri yayılan xəbərləri hələ ki, şərh etməyiblər.
Oxşar xəbərlər
Türkiyədə dəhşətli meşə yanğınlarından ürək ağrıdan GÖRÜNTÜLƏR - VİDEO
Türkiyədə dəhşətli meşə yanğınları davam edir. BAKU.WS xəbər verir ki, meşə yanğınları bu günə kimi Kayseri, Manisa, Kütahya, Balıkesir, Kilis, Kahraman Maraş,...