Türkiyədə PKK terrorçuları saxlanılıb
06
yan
2020
22:55
Türkiyənin Ədirnə vilayətində 3 PKK terrorçusu həbs edilib.
BAKU.WS-in məlumatına görə, daha əvvəl Türkiyə sərhəd bölmələri ölkə sərhədini qanunsuz keçmək istəyən üç nəfəri saxlayıb.
Yunanıstana qaçmağa çalışan şübhəli şəxslərin PKK terror təşkilatının üzvləri olduğu məlum olub.
Xatırladaq ki, Türkiyə ilə müstəqil Kürd dövlətinin yaradılmasını tələb edən PKK arasındakı münaqişə 35 ildən çox davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK, BMT və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınıb.
Oxşar xəbərlər
Türkiyədə terrorçuların 69 otaqlı sığınacağı aşkarlanıb
Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi “Kıran-8 sehi ormanları” adlı antiterror əməliyyatı nəticəsində PKK-ya sarsıdıcı zərbə vurulub. BAKU.WS xəbə...