Bolqarıstan tərəfi təhlükəli PKK terrorçusunu Türkiyəyə təhvil verib
24
okt
2018
21:12
Türkiyənin təhlükəsizlik orqanları tərəfindən axtarışda olan daha bir təhlükəli PKK terrorçusu Bolqarıstan ərazisində ələ keçib.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Haki Sedat" ləqəbli Hakkı Görən Bolqarıstan polisi tərəfindən saxlanılıb. Terrorçu Kapukule gömrük-keçid məntəqəsində Türkiyə tərəfinə təhvil verilib. Bildirilir ki, o, Bolqarıstan ərazisinə qaçaq yolla keçib. Terrorçu Bolqarıstan ərazisindən Fransaya getmək niyyətində olub. Polis onun üzərindən 2000 avro aşkar edib.Qeyd edilir ki, bu terrorçu 2002-2010 illərdə PKK/KCK terror təşkilatlarının bir sıra toplantı və terror aktlarında iştirak edib. 2014-cü ildə PKK/KCK/PYD və YPG terror təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə çalışıb. Son bir ildə isə yaralı və şikəst terrorçuların Avropaya keçməsi işlərində vasitəçilik edib.BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə antiterror əməliyyatı: 90 terrorçu məhv edildi
Türkiyədə PKK qruplaşmasına qarşı aparılan irimiqyaslı anti-terror əməliyyatı çərçivəsində martın 24-dən 30-a kimi 90 yaraqlı zərərsizləşdirilib.Türkiyə KİV-i x...