Türkiyədə yenə zəlzələ baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Türkiyənin Kahramanmaraş vilayətində daha bir zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) AFAD məlumat yayıb.
Qeyd olunub ki, 5.34 km dərinlikdə qeydə alınan zəlzələ 4,9 bal gücündə olub.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 218 nəfərə çatıb
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı yenə artıb. BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat ya...