Türkiyədə zəlzələdə həlak olanların sayı 42 mini ötüb

Türkiyədə zəlzələdə həlak olanların sayı 42 mini ötüb
Siyasət 71

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 42 310 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib.

Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son xəbərlər