Türkiyədə həbs olunan podratçıların sayı artdı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Adıyaman şəhərində zəlzələ zamanı uçmuş "Huzur" binasının podratçısı Yıldıray Varki İstanbul hava limanından İsveçrəyə getmək istəyərkən yaxalanıb.
BAKU.WS "Milliyet"ə istinadən xəbər verir ki, Varki məhkəmənin qərarı ilə həbs edilib.
Bununla da uçan binalarla bağlı həbs olunan podratçıların sayı sayı 134-ə çatıb.
Qeyd edək ki, Varkinin podratçısı olduğu binanın uçması nəticəsində çox sayda insan həlak olub.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 156 nəfərə çatıb.
Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 min nəfəri ötüb - VİDEO - YENİLƏNİB
Türkiyədə zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb ***22:14 Türkiyədə dağıdıcı zəl...