Türkiyədə etirazlara səbəb olan vəhşilik - FOTO
Türkiyədə keçmiş hərbçi insanlığa sığmayan cinayət törədib.
BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, Ərzurumda yaşayan keçmiş hərbçi, 41 yaşlı Mükremin Turhan 27 yaşlı bacanağı Fatih Özmen və 29 yaşlı Hülya Özmeni vəhşicəsinə qətlə yetirərək yandırıb. O, bu cinayəti bacanağından intiqam almaq məqsədilə törədib.
Belə ki, hadisədən bir müddət əvvəl Fatih Özmen Turhangilə qonaq gəlib. Söhbət əsnasında o, Turhanın həyat yoldaşı Fatma ilə zarafatlaşıb. Fatma da öz növbəsində Fatih ilə səmimi söhbət edib.
Bacanağı ilə arvadının arasında eşq münasibəti olduğunu düşünən Mükremin Turhan bacanağından intiqam almaq fikrinə düşüb.
Ötən gün onları təqib edən Mükremin Fatih Özmen ilə Hülya Özmeni maşında olarkən yaxalayıb. Üstündə gəzdirdiyi tapança ilə ilk öncə hər iki şəxsi yaralayıb.
Daha sonra bacanağına maşında işgəncə verərək, onun iniltisini telefonuna yazıb. Daha sonra bacanağı və arvadını başında güllələyib. Ürəyi soyumayan Mükremin onların olduğu maşını yandırıb və ərazidən qaçıb.
O, bacanağının səsini öz həyat yoldaşına göndərib. Daha sonra Fatmaya mesaj yazıb:
“Bu sənin sevgilinin iniltisidir. Sənə qan pulu da göndərirəm. Qan pulun xeyirli olsun”.
Mükremin Turhan bundan sonra həyat yoldaşının hesabına pul köçürüb və gizlənib.
Hadisə yerinə gedən polis və həkimlər Fatih Özmen və Hülya Özmenin yanmış cəsədlərini tapıblar.
Hadisə şahidlərinin sözlərinə görə, cinayətdən əvvəl keçmiş hərbçi 8 dəfə atəş açıb. Sonra ağ rəngli maşına minərək qaçıb.
Polis keçirdiyi əməliyyat nəticəsində qanlı cinayəti törədən 41 yaşlı Mükremin Turhanın yerini müəyyənləşdirib.
Polisə müqavimət göstərsə də, onu tutmaq mümkün olub. Onun yaxın vaxtlarda məhkəməyə çıxacağı gözlənilir.
Bu vəhşilik Türkiyədə böyük etiraza səbəb olub.
Sosial şəbəkələrdə hər kəs keçmiş hərbçinin bu vəhşiliyini pisləyib və onun ən ağır cəzaya layiq olduğunu bildirib.
Oxşar xəbərlər
Onu həbs etmək, məhkəməyə çağırmaq, şahid kimi cinayət işinə cəlb etmək olmaz
Hazırda kraliça II Yelizavetanın ailəsinin yeni üzvü, əsmər gözəl Meqan Marklla olan münasibəti hər kəsin müzakirə mövzusudur. Hətta ölkəmizdə onları "Qayınana"...