Türkiyədə "Doğu Akdeniz - 2025" təlimi başa çatdı
Türkiyənin İzmir şəhərində "Doğu Akdeniz - 2025" (Şərqi Aralıq dənizi - 2025) dəvət təlimi keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı, Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.
Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.
Qeyd edək ki, dəvət təliminə 19 ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar.
Qalereya
Oxşar xəbərlər
Bakıda keçirilən "ADEX 2026" və "Securex Caspian" sərgiləri başa çatıb
Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadan...