Türkiyədə avtobus qəzası: Ölənlərdən ikisi Azərbaycan vətəndaşıdır - VİDEO
Dekabrın 18-də Türkiyənin Qars şəhərinin Sarıqamış rayonunda baş verən faciəvi avtobus qəzasında 2-si Azərbaycan vətəndaşı olmaqla 4 nəfər həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi tviter səhifəsində məlumat yayıb:
"Bütün dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı və səbr, yaralananlara isə tezliklə şəfa diləyirik".
Səfirlik qeyd edib ki, Qarsda baş vermiş avtobus qəzasında vəfat edənlərin və yaralıların yaxınları məlumat əldə etmək üçün Azərbaycanın bu şəhərdəki baş konsulluğu ilə +90 543 310 42 92 telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər.
Oxşar xəbərlər
Tələbə yataqxanasında oğlunu ziyarət edən ana faciəvi şəkildə həyatını itirdi – VİDEO
Türkiyənin Düzce şəhərində tələbə yataqxanasında qalan oğlunu ziyarət etməyə gələn ana yıxılaraq faciəvi şəkildə həyatını itirib. BAKU.WS "oxu.az"a istinadən xə...