Türkiyə və Britaniya müdafiə nazirləri görüşüb - FOTO
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Britaniyanın müdafiə naziri Ben Uollesin rəsmi dəvəti ilə Londona gedib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hulusi Akarı qarşılamaq üçün fəxri qarovul dəstəsi düzülüb.
Qarşılanma mərasiminin ardınca Hulusi Akar və ingiltərəli həmkarı təkbətək görüşüb. Daha sonra heyətlərarası geniştərkibli görüş keçirilib. Görüşdə ikili və regional məsələlər müzakirə edilib, müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə diqqət çəkilib.
Millî Savunma Bakanı Hulusi Akar, İngiltere Savunma Bakanı Ben Wallace tarafından Muhafız Tören Alanı’nda askerî tören ile karşılandı. https://t.co/uv3ZU0rDis#MSB #HulusiAkar pic.twitter.com/qwxG1SfQnu
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 6, 2022
Oxşar xəbərlər
PKK-nın 23 terrorçusu məhv edildi - VİDEO
Türkiyə ordusu İraqın şimalındakı Asos bölgəsində PKK terror qruplaşmasına qarşı əməliyyat keçirib. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazi...