Hulusi Akardan Fransa Senatının Qarabağla bağlı qətnaməsinə SƏRT REAKSİYA
Fransa Qarabağ münaqişəsinin həllində maraqlı deyil, problemin bir hissəsi olduğunu növbəti dəfə göstərdi.
BAKU.WS xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar açıqlamasında bildirib.
“Fransa Senatının qərarı Qarabağ probleminin 30 ildir nə səbəbə həll olunmadığının bariz göstəricisi oldu. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi qərəzsiz olmalıdır. Bu qərar isə bunun belə olmadığını, Fransanın Qarabağla bağlı həllin deyil, problemin bir hissəsi olduğunu bir daha nümayiş etdirdi”, - deyə Hulusi Akar bildirib.
MSB HULUSİ AKAR: "(Fransız Senatosunun ‘Dağlık Karabağ’ kararı) Fransa'nın AGİT MİNSK grubunun eş başkanı olarak tarafsız olması gerekmektedir. Bu karar, Fransa'nın çözümün değil, sorunun parçası olduğunu bir kez daha göstermiştir."https://t.co/vcAwq2mCdb#MSB #HulusiAkar pic.twitter.com/6jwIGdBo8K
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 26, 2020
Oxşar xəbərlər
Beyrutdakı partlayış zamanı insanların yaşadığı DƏHŞƏTLİ ANLAR - VİDEO
Livanın paytaxtı Beyrutdakı partlayışın dəhşətli nəticələri üzə çıxır. BAKU.WS xəbər verir ki, partlayış zamanı təhlükəsizlik kameralarına düşən bəzi acı faciəl...