“Türkiyə - tək ürək” kampaniyası bitib, 115 milyard lirədən çox vəsait toplanıb - YENİLƏNİB

“Türkiyə - tək ürək” kampaniyası bitib, 115 milyard lirədən çox vəsait toplanıb - YENİLƏNİB
Siyasət 545

“Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayım bitib.

Kampaniya çərçivəsində toplanan vəsait 115 milyard 146 milyon 528 min lirə təşkil edib, 9 milyon 10 min SMS göndərilib.

Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

***15.02.2023 23:50

“Türkiyə - tək ürək” kampaniyasında toplanan ianə 101 milyard lirəni keçib.

Bu saata olan rəqəm 101 milyard 101 milyon lirə təşkil edir.

Kampaniyaya ölkənin hər yerindən iş adamları, sənətçilər, siyasətçilər, QHT rəsmiləri qatılıb.

Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), "Ziraat Bank" (20 milyard lirə) və "VakıfBank" (12 milyard lirə) keçirib.

Toplanan yardım Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) və "Kızılay" cəmiyyətinə bağışlanacaq.

Son xəbərlər