Türkiyə təhlükəsizlik qüvvələrindən Əfqanıstanda XÜSUSİ ƏMƏLİYYAT - FOTO
Üç həftə öncə Əfqanıstana tibbi sığorta üçün gedən Türkiyənin 5 səhiyyə işçisi köməksiz qaldıqları bölgədən təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyatla bölgədən çıxarılan səhiyyə işçiləri Həmid Kərzai Beynəlxalq Aeroportuna aparılıblar. Onlar hava limanından Pakistana, oradan isə Türkiyəyə təxliyə olunacaqlar.
Bundan başqa, hava limanına daxil olmaq üçün günlərdir gözləyən əfqanlar aeroport ətrafında olan 5 metrlik divarları keçməyə çalışırlar. Hava limanının hərbi ərazisi daxilində olan təhlükəsiz bölgəyə keçmək istəyən kütlənin arasında qalan bir azyaşlı da türk hərbçiləri tərəfindən xilas edilib.
Qalereya
Oxşar xəbərlər
ABŞ-ın Kabildən təxliyə etdiyi 700 şəxsdən neçəsi amerikalıdır?
Əfqanıstanın Həmid Kərzai adına beynəlxalq hava limanı aviauçuşlara açıqdır və 3500 ABŞ hərbçisi orada xidmət göstərir. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Dö...