Türkiyə prezidentliyinə namizədlərin yekun siyahısı təsdiqləndi
30
mar
2023
21:10
Türkiyənin Ali Seçki Şurası cümə axşamı ölkə prezidentliyinə namizədlərin yekun siyahısını təsdiqləyib.
Bu barədə qurumun rəhbəri Ahmet Yener məlumat verib.
“Namizədlər barədə yekdil qərar qəbul edilib. Beləliklə, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Rəcəb Tayyib Ərdoğan və Sinan Oğanın prezidentliyə namizədlikləri təsdiq olunub”, - deyə Şura sədri bildirib.
Yener vurğulayıb ki, Şuraya daxil olan ərizə və etirazlara baxılarkən seçkilərin ləğvi ilə bağlı müraciətlər rədd edilib.Qeyd edək ki, Türkiyə prezidenti seçkiləri mayın 14-də baş tutacaq.
Mənbə: Haber Global
Oxşar xəbərlər
Türkiyədə prezidentliyə namizədlik üçün imzatoplama sona çatdı - Kim nə qədər topladı?
Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində seçicilər tərəfindən prezidentliyə namizədliyini irəli sürmək istəyənlər üçün imzatoplama prosesi başa...