Türkiyədə prezidentliyə namizədlik üçün imzatoplama sona çatdı - Kim nə qədər topladı?
Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində seçicilər tərəfindən prezidentliyə namizədliyini irəli sürmək istəyənlər üçün imzatoplama prosesi başa çatıb.
BAKU.WS TRT Haber-ə istinadən xəbər verir ki, YSK 100 min imza toplamalı olan 11 namizədin topladığı imza sayı ilə bağlı son vəziyyəti paylaşıb.
Məlumata görə, namizədlik üçün lazım olan 100 min imzanı keçən Muharrem İnce və Sinan Oğan prezident Rəcəb Tayyib Ərdoğan və CHP lideri Kamal Kılıçdaroğlu ilə birlikdə prezidentliyə namizəd olublar.
Toplanan imza sayı isə belədir:
Muharrem İnce 114 661
Sinan Oğan 111 508
Muhammed Ali Fatih Erbakan 69 255 (namizədliyini geri götürüb)
Doğu Perinçek 27 061
Yakup Türkal 3137
Erkan Trükten 2589
Tevfik Ahmet Özal 1544
İrfan Uzun 1263
Halil Murat Ünver 538
Hilmi Özden 478
Davut Turan 122
Oxşar xəbərlər
Türkiyədə prezidentliyə namizədlik ərizəsi üçün imzatoplama kampaniyasında son gün
Türkiyədə prezidentliyə namizədlik ərizəsi üçün imzatoplama kampaniyası çərçivəsində 11 namizədin topladığı imza sayı ilə bağlı son vəziyyət açıqlanıb. BAKU.WS...