Türkiyədə prezidentliyə namizədlik ərizəsi üçün imzatoplama kampaniyasında son gün
Türkiyədə prezidentliyə namizədlik ərizəsi üçün imzatoplama kampaniyası çərçivəsində 11 namizədin topladığı imza sayı ilə bağlı son vəziyyət açıqlanıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün axşam saatlarında 100 min imzaya çatan Sinan Oğan, Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu və Muharrem İncedən sonra dördüncü prezidentliyə namizəd olub.
Bildirilir ki, imzatoplama kampaniyası bu gün yekunlaşacaq.
YSK-dan alınan məlumata görə, namizədlərin 5-ci günün sonunda topladıqları cari imza sayı belədir:
Muharrem İnce: 111 min 305
Sinan Oğan: 107 min 637
Məhəmməd Əli Fatih Ərbakan: 69 min 208 (Xalq Alyansına qatılaraq namizədliyindən geri çəkildi)
Doğu Perinçek: 24 min 563
Yakup Türkal: 2 min 838
Erkan Trükten: 2 min 33
Tevfik Ahmet Özal: 1361
İrfan Uzun: 1073
Halil Murat Ünver: 458
Hilmi Özden: 422
Davut Turan: 118
Oxşar xəbərlər
Muharrem İnce də prezidentliyə namizəd oldu
Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İncə prezident seçkilərində namizəd olacaq. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə parti...