Türkiyə MN: "Tək ürək, tək bilək, tək yumruq" olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik
"Bir millət, iki dövlət" şüarı və "tək ürək, tək bilək, tək yumruq" olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" hesabında paylaşıb edilib.
Qeyd olunub ki, Türkiyənin Qars şəhərində keçiriləcək "Qış təlimi - 2025" birgə təlimində iştirak etmək məqsədilə Azərbaycan hərbçiləri Türkiyəyə gediblər.
Onları Həsrət körpüsündə Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığı qarşılayıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi daha əvvəl Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Qış təlimi - 2025" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasiminin baş tutduğu barədə məlumat yaymışdı.
"Tek Millet, İki Devlet” anlayışımızla “tek yürek, tek bilek, tek yumruk” olarak çalışmaya devam edeceğiz!
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) January 16, 2025
📍Dilucu/Iğdır
Kış Tatbikatı-2025’e katılacak Azerbaycan Silahlı Kuvvetleri personeli Hasret Köprüsü’nde 5’inci Hudut Tugay Komutanlığı personeli tarafından karşılandı.… pic.twitter.com/5QxhXLoQWo
Oxşar xəbərlər
İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil
Ötən ilin sonunda Prezident Makron ilə görüşüm oldu. Görüş çox müsbət keçdi və biz hər şeyi yenidən başlamaq razılığına gəldik. Biz buna hazırıq. BAKU.WS xəbər...