Təhlükəli terrorçu qadın saxlanılıb
21
iyn
2019
09:44
Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda daha bir uğurlu antiterror əməliyyatı keçirib.BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, DHKP-C terror təşkilatına qarşı keçirilmiş əməliyyatda 7 nəfər şübhəli qismində yaxalanıb. Onlardan biri Kamile Kayır adlı təhlükəli qadın terrorçudur.“Derya” ləqəbli bu terrorçu Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.Bildirilir ki, PKK/KCK terror təşkilatlarına qarşı İstanbul, Kocaeli və Muşda eyni vaxtda keçirilmiş digər bir antiterror əməliyyatında 6 terrorçu yaxalanıb. Bu terrorçuların adları və ləqəbləri Mardində mağarada terrorçulara məxsus ələ keçirilən əşyalar nəticəsində bəlli olub.
Oxşar xəbərlər
Bolqarıstan tərəfi təhlükəli PKK terrorçusunu Türkiyəyə təhvil verib
Türkiyənin təhlükəsizlik orqanları tərəfindən axtarışda olan daha bir təhlükəli PKK terrorçusu Bolqarıstan ərazisində ələ keçib.BAKU.WS Türkiyə mətbuatına istin...