Türkiyənin Afrində keçirdiyi antiterror əməliyyatının başa çatacağı vaxt açıqlandı
08
mar
2018
14:29
Türkiyə Silahlı Qüvvələri Afrində apardıqları hərbi əməliyyatları maya qədər yekunlaşdırmağı planlaşdırır.BAKU.WS-in məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.Son məlumata əsasən, Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3055-ə çatıb.Nazir bildirib ki, Türkiyə Şimali İraqda PKK terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat aparacaq.M. Çavuşoğlu bu il mayın 12-də İraqda keçiriləcək parlament seçkilərindən sonra Türkiyənin İraqla birlikdə belə bir əməliyyatı keçirməyi planlaşdırdığını qeyd edib.Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.BAKU.WS
Oxşar xəbərlər
"Zeytun budağı"nın STATİSTİKASI - 2872 terrorçu öldürüldü, 143 məntəqə azad edildi
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2872 nəfərə çatıb...