"Taliban" qadınların kişilər olmadan həkimə getməsini qadağan edib
Yeniliklərdən dərhal xəbərdar olun
Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin hakimiyyət orqanları qadınların kişilərin müşayiəti olmadan vilayətin bir neçə bölgəsindəki tibb müəssisələrinə getməsinə qadağa qoyub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Haşt-e Subh" qəzeti məlumat yayıb.
Müvafiq qərar Nanqarharın doqquz rayonunda qüvvəyə minib. Sənədi məscidlərin imamları da qəbul edib və onlar məlumatı sakinlərə yayacaqlar.
Bundan əvvəl noyabrın 10-da "Taliban" hökuməti qadınların Əfqanıstan paytaxtında ictimai parklara girişini qadağan edib.
Oxşar xəbərlər
Əfqanıstan-Türkmənistan sərhədində silahlı toqquşma oldu
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” silahlıları ilə Türkmənistan sərhədçiləri arasında iki dövlətin sərhədində silahlı toqquşma baş verib. B...