"Taliban" minlərlə insanın gözü qarşısında dörd komandiri edam edib - VİDEO
19
avq
2021
15:16
"Taliban" radikal qruplaşması Əfqanıstanı ələ keçirdikdən sonra yüksəkrütbəli ordu rəsmilərindən intiqam almağa başlayıb.
BAKU.WS xəbər verir ki, ötən gün hakimiyyətə yaxın 4 ordu rəsmisi minlərlə insanın gözü qarşısında edam olunub.
Komandirlərdən birinin General Rezaq kimi tanınan Haşim Rəkvala yaxın şəxs olduğu deyilir.
Bundan əlavə Nanqarhar əyalətinin Cəlalabad şəhərində "Taliban" bayrağı yerinə Əfqanıstan bayrağının yenidən asılmasını tələb edən yerli əhali küçələrə axışıb. Narazı kütləyə "Taliban" yaraqlıları silahlı müdaxilə edib və 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Oxşar xəbərlər
300 minlik Əfqanıstan ordusu "Taliban"a necə təslim oldu? - VİDEO
"Taliban" silahlı qruplaşmasının Əfqanıstanı ələ keçirərək faktiki hakimiyyətə çevrilməsi böyük suallar ortaya qoyub. Hər kəsi düşündürən suallardan biri də mil...