Stiv Uitkoff: "İlham Əliyev ölkəsinin inkişaf istiqamətini tamamilə dəyişdirdi"

Stiv Uitkoff: İlham Əliyev ölkəsinin inkişaf istiqamətini tamamilə dəyişdirdi
Video
Siyasət 26

"Prezident İlham Əliyev ölkəsinin inkişaf istiqamətini tamamilə dəyişdirib".

BAKU.WS xəbər verir ki, bu sözləri Mayamidə keçirilən İnvestisiya Forumunda Amerika Birləşmiş Ştatlarının prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyev haqqında deyib.

"Qlobal miqyasda xeyli sayda gənc və unikal liderlər mövcuddur. Hesab edirəm ki, onlar bəşəriyyət üçün bir ümid işığıdır. Yeri gəlmişkən, Prezident Tramp bu liderlərin hər biri ilə yaxın münasibətlərə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevi misal göstərmək olar. O, dövlətinin inkişaf istiqamətini əsaslı şəkildə dəyişməyə nail oldu", - deyə Uitkoff vurğulayıb.

"İnanıram ki, Sülh Şurası oxşar dəyərləri paylaşan çox sayda şəxsi bir yerə toplayır", - deyə o əlavə edib.

Uitkoff Azərbaycan rəhbəri ilə yanaşı, Qətər Dövlətinin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Taninin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun da adlarını xüsusi diqqətə çatdırıb.

Son xəbərlər