İstanbulda gəmi batıb - Son anda 8 nəfər xilas edilib - VİDEO

İstanbulda gəmi batıb - Son anda 8 nəfər xilas edilib - VİDEO
Video
Siyasət 126

İstanbulun Fatih Ahırkapı sahillərində içərisində 8 nəfərin olduğu qayıq batıb. Hadisə ətrafda olan insanlar tərəfindən çəkilib.

Məlumat daxil olan kimi dərhal əraziyə xilasedicilər, sahil polisi və həkimlər cəlb edilib.

Keçirilən əməliyyat nəticəsində gəmidə olan 8 nəfər son anda xilas edilib. Xİlasedilənlərə ilkin tibbi yardım göstərilib.

Sağlamlıqları üçün təhlükə olmadığı vurğulanıb.

Son xəbərlər