İsrailli girovların ailələri Netanyahuya etiraz ediblər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan israilli girovların ailələri İsrailin baş naziri Binyamin Netanyahunun parlamentdə çıxışı zamanı Qəzza zolağında əməliyyatların genişləndiriləcəyini elan etməsindən sonra ona etiraz ediblər.
Bu barədə "The Guardian" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, Netanyahu 80 gündən çox əsirlikdə olan 100-dən çox girovun evə qayıtması ilə bağlı razılığa gəlmək üçün ictimai tələblər səbəbindən güclü daxili təzyiq altındadır.
Girovların ailələri hesab edir ki, anklavda döyüş əməliyyatlarının uzadılması və intensivləşməsi onların vətənə qayıtmasını sürətləndirməyəcək.
Qeyd olunur ki, etirazçılar daha sonra Təl-Əvivin mərkəzində ölkənin Müdafiə Nazirliyinin qərargahı yaxınlığında toplaşaraq əllərində “Girovlarımızı dərhal azad edin – nəyin bahasına olursa olsun!” şüarları yazılmış plakatlar tutublar.
Oxşar xəbərlər
Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır”
“İsrail ordusu Qəzza zolağında əməliyyatın yerüstü mərhələsinə hazırlıqlarını davam etdirir, lakin onun başlamasının dəqiq vaxtı barədə danışmaq tezdir. “Report...