İsrail səfiri Kəlbəcər hadisəsi ilə bağlı başsağlığı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün Kəlbəcərdə minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, İsrail diplomatı bu barədə "Twitter"də bildirib.
"Kəlbəcərdə mina partlayışında iki jurnalistin həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Dualarımız və düşüncələrimiz qurbanların ailələri ilə birlikdədir. Allah rəhmət eləsin", -deyə Corc Dik bildirib.
Xatırladaq ki, bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.
Oxşar xəbərlər
Kəlbəcərdə media nümayəndələri ilə birgə minaya düşərək həlak olan vəzifəli şəxs barədə məlumat - FOTO
Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kə...