İsrail 17 il sonra ilk dəfə bu silahı işə saldı

İsrail 17 il sonra ilk dəfə bu silahı işə saldı
Siyasət 0

2006-cı ildən bəri ilk dəfə olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirərkən "M-270 MLRS" reaktiv yaylım atəşi sistemlərindən istifadə edib.

BAKU.WS xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin rəsmi Telegram-kanalında dərc olunan bəyanatında deyilir.

"2006-cı ildən bəri ilk dəfə olaraq M-270 MLRS Qəzza zolağında HƏMAS terror təşkilatının hərbi obyektlərinə zərbələr endirmək üçün istifadə edilib. Atışma zamanı yüksək dəqiqlikli uzaqmənzilli "Lans" tipli raketlərdən istifadə edilib", - məlumatda deyilir.

"M-270 MLRS" 1994-cü ildə İsrail ordusunun sərəncamına verilib və İsrail Müdafiə Qüvvələrinin malik olduğu ən dağıdıcı silah növü hesab olunur. Onlar ilk dəfə 2006-cı ildə İkinci Livan Müharibəsi zamanı (İsrail ilə Livanın şiə birliyi Hizbullahı arasında 2006-cı il iyulun 12-dən avqustun 14-dək davam edən silahlı münaqişə) istifadə edilib. Daha sonra MLRS-dən istifadə nəticəsində onlarla Hizbullah tərəfdarı və ən azı 24 livanlı mülki şəxs öldürülüb.

Son xəbərlər