İspaniyanın gələcək kraliçası şahzadə Leonor hərbi xidmətə başladı - FOTO
İspan taxtının gələcək kraliçası və silahlı qüvvələrinin baş komandanı olacağı gözlənilən İspaniya şahzadəsi Leonor cümə axşamı günü üç illik hərbi xidmətə başlayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Kral VI Filippin oktyabrda 18 yaşı tamam olacaq böyük qızı valideynləri Kral Filipp və Kraliça Letisiya, bacısı Sofiya ilə birlikdə Saraqosadakı Ordu Hərbi Kollecinə təslim olub.
Jurnalistlərə "böyük həvəslə" başladığı hərbi təlimlərə görə "bir az gərgin" hiss etdiyini söyləyən şahzadə bir il Zaragoza hərbi akademiyasında qalacaq, daha sonra dəniz məktəbində oxuyacaq. Burada o, İspaniya donanmasının təlim üçün istifadə etdiyi dörd dirəkli yelkənli Xuan Sebastian de Elkano ilə birlikdə üzəcək. Şahzadə hazırlığını Ümumi Hava Akademiyasında başa vuracaq.
İspaniyanın müdafiə naziri Marqarita Robles mart ayında açıqlama verərək Leonorun hərbi təlimlərə başlayacağını bildirmişdi.O, şahzadənin silahlı qüvvələrə qatılan çoxlu gənc qadınlardan biri olduğunu söyləmişdi.
"Vaxtı gələndə silahlı qüvvələrin baş komandanı bir qadın olacaq və biz son illərdə qadınların silahlı qüvvələrə daxil edilməsi üçün əhəmiyyətli səylər göstərmişik", - deyə Robles vurğulamışdı.
Şahzadənin hərbi geyimli fotoları İspaniya mətbuatında böyük maraq doğurub.
Məlumata görə İspaniya ordusunda sərt rejim mövcuddur. Məhz bu çərçivədə şahzadənin saçları da kəsiləcək.
Oxşar xəbərlər
14 dövlətin kraliçası II Elizabet müharibədə də iştirak edibmiş... - Ülyahəzrət haqqında maraqlı faktlar
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, Elizabet Aleksandra Mariya Vindzor Böyük...