İspaniya kraliçası gülməli vəziyyətə düşdü - FOTO

İspaniya kraliçası gülməli vəziyyətə düşdü - FOTO
Foto
Siyasət 388

İspaniya kraliçası Letisiya qatıldığı tədbirlərin birində gözlənilməz hadisə ilə üzləşib. Bununla belə, özünü itirməyən ülyahəzrət vəziyyətdən yumorla çıxa bilib.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, hadiə Əlillər üçün Kral Şurasının iclasında qeydə alınıb.

Belə ki, kraliça özü ilə eyni paltarda olan başqa bir qonaqla üzləşib. Bilindiyi kimi, dəbi izləyən hər bir qadın üçün ictimai tədbirdə eyni geyimdə başqasını görmək uğursuzluq hesab olunur. Ancaq kraliçanın bunu gülüşlə qarşılaması və qadını qucaqlaması konfuzu maraqlı ana çevirib.

Qeyd edək ki, kraliça Letisiya incə zövqü ilə tanınır. Ancaq o, bahalı dizayner paltarları ilə yanaşı, tez-tez demokratik brendlərin paltarlarından da istifadə edir. Bəzən isə bir vaxtlar qayınanası kraliça Sofiyaya məxsus olan vintaj geyimlərdə ictimaiyyət qarşısında görünür.

Bu dəfə də Letisiya “Mango”dan 75 dollar (127 manat) dəyərində don seçmişdi.

Son xəbərlər