İspaniyada konsertə gedənləri qatar vurdu - Ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyanın Barselona şəhərində qatar relslərin üzərindən keçməyə çalışan insanları vurub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə Barselona yaxınlığındakı Valles bölgəsində baş verib.
Məlumata görə, şəhərlərarası marşurut üzrə hərəkət edən qatar piyada üçün nəzərdə tutulmayan yerdən keçməyə çalışan yeddi nəfəri vurub.
Hadisə nəticəsində dörd nəfər ölüb.
Hökumət rəsmiləri həmin şəxslərin konsert proqramına getdiklərini bildirib.
Qəza nəticəsində qatar hadisə yerində dayanıb və sərnişinlər avtobuslarla daşınıb. "R3" şəhərlərətrafı qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Oxşar xəbərlər
İspaniya və Fransada erməni cinayətkar şəbəkəsinin üzvləri həbs edilib - FOTO/VİDEO
Avropa Polis Təşkilatı (Europol) Ermənistan və Gürcüstandan olan cinayətkar qruplaşmanın 28 üzvünün həbs edildiyini açıqlayıb. “Report”un məlumatına görə, Europ...