İspaniyada iki təyyarə qəzaya uğradı: Ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyanın Kataloniya vilayətində iki yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə regional yanğınsöndürmə xidmətinin məlumatında bildirilib.
Qeyd olunur ki, hadisə Barselona yaxınlığındakı Moya yaşayış məntəqəsi yaxınlığında baş verib.
Hadisə şahidi yüngül təyyarənin hündürlükdən enərək aerodrom yaxınlığındakı meşəlik ərazidə qəzaya uğradığını gördükdən sonra təcili yardım çağırıb.
Qəza nəticəsində təyyarə yanıb və alov bitki örtüyünə keçib. Yanğın söndürülüb.
Tezliklə qəzaya uğrayan ikinci yüngül mühərrikli təyyarə aşkar edilib. O, birincidən təxminən 300 metr aralıda olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Kissincer: “İkinci soyuq müharibə birincidən daha təhlükəli ola bilər”
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer hesab edir ki, ikinci soyuq müharibə birincidən daha təhlükəli ola bilər. BAKU.WS APA-ya istinadən xəbər verir ki, o...