SON DƏQİQƏ: Türkiyə ordusu Suriyada əməliyyatlara başladı - VİDEO

SON DƏQİQƏ: Türkiyə ordusu Suriyada əməliyyatlara başladı - VİDEO
Video
Siyasət 1247
Türkiyə ordusu etibarlı bölgə yaratmaq məqsədiylə Fərat çayının şərqində əməliyyatlara başlayıb.BAKU.WS xəbər verir ki, "Barış Pınarı" ("Sülh Çeşməsi") adlı əməliyyat Rəsuleyn bölgəsindəki PKK/YPG hədəflərinin vurulmasıyla start verib. Prezident Rəcəb Tayyip Ərdoğan da "Twitter"də "Barış Pınarı"nın başlanmasını elan edib. Xatırladaq ki, Türkiyə 2012-ci ildən etibarən Suriya ilə sərhəddə təhlükəsiz zonası yaratmaq istəsə də, geridə qalan 7 ildə buna nail ola bilməyib. Uzun danışıqlardan sonra ötən həftə Donald Tramp ABŞ əsgərlərini nəzarət məntəqələrindən geri çəkməyə razılıq verib. Bundan sonra Türkiyə ordusu sərhədi keçərək əməliyyata hazırlaşmağa başlayıb.Türkiyə Cerablus-İraq sərhədi arasındakı sərhəd xəttində 35-40 kilometr dərinlikdə “təhlükəsizlik zolağı” yaratmaq niyyətindədir. Burada 1 milyon qaçqının yerləşdirilməsi üçün 10 qəsəbə və 5 min kəndin salınması nəzərdə tutulub. Bu qəsəbələrin hər birində 30 min, kəndlərin hər birində isə 5 min nəfər yerləşdiriləcək. Layihənin ümumi dəyəri isə 26 milyard dollardır.

Oxşar xəbərlər

Türkiyə ordusu əmr gözləyir - Hədəflər müəyyənləşib

Türkiyə ordusu əmr gözləyir - Hədəflər müəyyənləşib

Türkiyə ordusu Suriya ilə sərhəd bölgəsində, Fərat çayının şərqində təhlükəsiz koridor formalaşdırmaq məqsədilə “Sülh çeşməsi” adı verilən əməliyyata hazırdır.B...

943 Siyasət 11:36 09 oktyabr 2019

Son xəbərlər