SOCAR rəhbərliyi STAR-da çalışan gənc azərbaycanlılarla görüşüb
18
okt
2018
22:28
SOCAR prezidenti Rövnəq AbdullayevƏliağa yarımadasında nəhəng layihə olan STAR Neft Emalı Zavodunun açılışı ərəfəsində burada çalışan gənc azərbaycanlı mütəxəssislərlə görüşüb.Gəncləri Müstəqillik Günü münasibəti ilə təbrik edən SOCAR prezidenti bu gənclərin inkişafı üçün yaradılan şəraitin məhz müstəqilliyimizin əldə edilməsi sayəsində mümkün olduğunu vurğulayıb.Qeyd edək ki, daha əvvəl Bakı Ali Neft Məktəbini yüksək qiymətlərlə bitirən gənc azərbaycanlılar indi SOCAR-ın Türkiyədəki müəssisələrində çalışaraq, dəyərli təcrübə əldə edirlər.Xatırladaq ki, STAR-ın açılış mərasimi sabah keçiriləcək. Ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edən zavodda ildə 10 mln. ton xam neft emalı nəzərdə tutulur.BAKU.WS
Oxşar xəbərlər
“SOCAR Trading” rus neftini STAR zavoduna çatdıracaq - VİDEO
Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə sentyabrın 1-də “Rosneft” ilə “SOCAR Trading” arasında Rus...