İslam düşmənçiliyi xəstəliyi xərçəng kimi yayılır - Ərdoğan

İslam düşmənçiliyi xəstəliyi xərçəng kimi yayılır - Ərdoğan
Siyasət 63

Qərb daxil olmaqla dünyanın bir çox yerində İslam düşmənçiliyi xəstəliyi kimi sürətlə yayılır.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Beynəlxalq mediya və İslamofob Simpoziumu"nda çıxışı zamanı bildirib.

"Sözlərimə qarşımızdakə məsələnin İslamofobiya yəni, "İslam qorxusu" deyil, birbaşa İslam düşmənçiliyi olduğunu bildirmək istəyirəm. ABŞ administrasiyasının 11 sentyabr hücumundan sonra start verdiyi müsəlmanları şeytanlaşdırma strategiyası bir çox cəmiyyətin ənənəsində mövcud olan İslam düşmənçiliyi virusunu tətikləyən bir iş oldu", - deyə Ərdoğan vurğulayıb.

Son xəbərlər