Ərdoğan: “Hazırda Qərb Türkiyənin səhiyyə sistemini örnək alır”
“Mart ayı peyvəndləmə sahəsində çox böyük yol qət edilən sahə olacaq”.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında çıxışı zamanı bildirib.
“Peyvəndin təmin olunması üçün bütün kanallardan israrla yararlanırıq. Hazırda Qərb Türkiyənin səhiyyə sistemini örnək alır”, - deyə Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti əlavə edib ki, vaxtında və effektiv görülən tədbirlər nəticəsində COVID-19 həm sağlamlıq, həm də iqtisadi sahədə ölkəyə daha az təsir edib.
“Bütün dünya iqtisadi cəhətdən itki yaşayarkən Türkiyə iqtisadiyyatında artım baş verən azsaylı ölkələrdəndir. Bir müddətdir məruz qaldığımız iqtisadi tələlərə qarşı mübarizə apararkən pandemiya bəhanəsilə yeni bir iqtisadi dalğalanmalar yaratmaq istəyənlərə əlimizdəki bütün vasitələrdən istifadə edərək fürsət vermədik. Pandemiyanın səbəb olduğu təsirləri azaltmaq üçün hər kəsə çox ciddi dəstək paketləri həyata keçirdik. 311 milyard lirə vəsaitdən istifadə edərək hər bir vətəndaşımızın yanında olmağa çalışdıq. Sosial və birdəfəlik dəstək daxil olmaqla “Sosial qoruma qalxanı” çərçivəsində millətimizə birbaşa 53 milyard lirə yardım etmişik”, - deyə Ərdoğan bildirib.
Oxşar xəbərlər
ÜST: COVID-19-a qarşı peyvəndin hazırlanması vaxt aparacaq
“COVID-19 pandemiyasına görə immunlaşdırma xidmətlərinin dayandırılması peyvəndlərlə qarşısı alına biləcək digər xəstəliklərin yenidən canlanması riski yaradır”...