Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ

Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ
Siyasət 1184

ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə bəzi "Android" smartfonlarına müdaxilə etməyə müvəffəq olublar.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, ekspertlərin araşdırmasına görə, "Bluetooth" standartını dəstəkləyən qurğular cinayətkarlara smartfona müdaxilə etməyə, fərdi məlumatları oğurlamağa, hətta zəngləri ələ keçirməyə imkan verir.

Hakerlər cihazlara müdaxilə üçün AT-interfeysdən istifadə edirlər. Smartfona göndərilən xüsusi əmrlər nəticəsində təhlükəli bağlantı yaradılır.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Aleksey Qrişin izah edib ki, cinayətkarlar Bluetooth-qurğunun smartfona qoşulması vaxtı yaranan boşluqdan istifadə edirlər.

Onun sözlərinə görə, indi simsiz qurğular və cihazlar arasında rabitə protokolu daha təhlükəsizdir. Buna görə hakerlər yeni üsul (simsiz qarniturlar) axtarıb tapıblar.

Qurğunu daim yeniləyərək təhlükəsizliyi qorumaq olar. Çünki istehsalçılar hər yeniləmədə aşkar edilmiş boşluqları aradan qaldırırlar.

Oxşar xəbərlər

Koreyalı hakerlər iki ildə 570 milyon dollar oğurlayıblar

Koreyalı hakerlər iki ildə 570 milyon dollar oğurlayıblar

Şimali Koreyadan olan hakerlər kiber hücumlar hesabına 2017-ci ilin yanvarından 2018-ci ilin sentyabrınadək 570 milyon dollara yaxın pul, o cümlədən kriptovalyu...

892 Siyasət 17:23 09 mart 2019

Son xəbərlər