Şimali Kipr Türk Respublikasının prezidenti Azərbaycanı Müstəqilliyin Bərpa Günü münasibətilə təbrik edib
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 18 oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı o, "X" hesabında paylaşım edib.
"18 oktyabr Azərbaycanın Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Kipr türk xalqının sevgisini, salamlarını və məhəbbətini Azərbaycan Prezidentinə, əziz qardaşım İlham Əliyevə və bütün Azərbaycan xalqına çatdırıram", - Ersin Tatar yazıb.
Can Azerbaycan'ın 18 Ekim Bağımsızlık Günü'nü en içten duygularımla kutluyor, Azerbaycan Cumhurbaşkanı, değerli kardeşim İlham Aliyev ve tüm Azerbaycan halkına Kıbrıs Türk halkının sevgi, selam ve muhabbetlerini iletiyorum. pic.twitter.com/Z4rIh8YwTK
— Ersin Tatar (@ErsinrTatar) October 18, 2025
Oxşar xəbərlər
UN-Habitat rəhbəri: WUF13-ün nəticələri qlobal iqlim fəaliyyətinə istiqamət verəcək
WUF13-ün nəticələri qlobal iqlim fəaliyyətinə istiqamət verəcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) ic...